Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Peskovdan AÇIQLAMA 
Dünya
523
16 Mar 2025 | 21:58

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Peskovdan AÇIQLAMA 

Məlum olduğu kimi, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisənin baş verməsinə səbəb isə təyyarənin Qroznı səmasında Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması olub.
Fevralın 4-də qəza ilə bağlı ilkin istintaqın nəticələri açıqlanıb. İlkin istintaq təyyarənin kənar müdaxiləyə məruz qalması faktını təsdiqləyib.
 
Lakin hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Mövzu ilə bağlı Bizim.Media Kremlin mətbuat katibi Dmitri Peskova sorğu ünvanlayıb.
 
Peskovun sorğumuza cavabını olduğu kimi təqdim edirik:
 
“İstintaqı təyyarə qəzasının baş verdiyi ölkə aparır. Biz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk”.
 
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həyatını itirib, iki ekipaj üzvü isə sağ qalıb.
Link kopyalandı!
Son xəbərlər