İran Trampa cavab verdi - Bunu dayandırın
Dünya
560
16 Mar 2025 | 17:21

İran Trampa cavab verdi - Bunu dayandırın

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ prezidenti Donald Trampın Yəməndə husilərə dəstəyi dayandırmaqla bağlı təhdidlərinə "İsrailin soyqırımı və terrorizminə dəstəyi dayandırın. Yəmən xalqının öldürülməsini dayandırın" deyə cavab verib.
 
İranın xarici işlər naziri Abbas Erakçi X sosial media hesabında paylaşdığı mesajda qeyd edib: 
 
"ABŞ hökumətinin İranın xarici siyasətini diktə etmək səlahiyyəti və vəzifəsi yoxdur. Bu müddət 1979-cu ildə başa çatdı. Keçən il Bayden soyqırım rejiminə (İsrail) 23 milyard dollar pul vermək üçün aldadıldı". 
 
ABŞ prezidenti Tramp dünən Truth Social hesabında Yəməndə husilərə qarşı hərbi hücuma keçdiklərini açıqlayıb. 
Link kopyalandı!
Son xəbərlər