ABŞ məhkəməsindən qərar: Havada olan təyyarələr də geri qaytarılmalıdır
Dünya
375
14:31, Bu gün

ABŞ məhkəməsindən qərar: Havada olan təyyarələr də geri qaytarılmalıdır

Kolumbiya ştatının paytaxt məhkəmə dairəsi 1798-ci il Xarici Düşmən Aktı əsasında ABŞ-dan miqrantların kütləvi deportasiyasına son qoymağı və deportasiya edilənləri daşıyan bütün uçuşları geri qaytarmağı tələb edən qərar çıxarıb.
 
 Məlumatı məhkəmə qərarına istinadən “Politico” qəzeti yayıb.
Bildirilir ki, hakim Ceyms Boasberq ABŞ prezidenti Donald Trampın ABŞ tarixində cəmi üç dəfə istifadə olunan və müharibə zamanı əcnəbiləri ölkədən sürətlə qovmaq üçün nəzərdə tutulmuş 18-ci əsr qanunundan istifadəsinin hüquqi əsasını məhkəmə müəyyən edənə qədər miqrantların ölkədən çıxarılmasının dayandırılmasını əmr edib. Miqrantların ölkədən çıxarılması ilə bağlı müvəqqəti qadağa 14 gün müddətində qüvvədə olacaq.
 
Göyərtəsində bu adamların olduğu, havaya qalxmaq üzrə olan və ya artıq havada olan hər hansı bir təyyarə istənilən vasitə ilə dərhal ABŞ-a qaytarılmalıdır. Qəzet hakimdən sitat gətirir: "Bunun dərhal həyata keçirildiyinə əmin olun". Onun sözlərinə görə, məhkəmə qərarını çıxaran zaman Texasdan yola düşmüş miqrantların olduğu ən azı iki təyyarə artıq El Salvador və Hondurasda öz təyinatlarına yaxınlaşırdı.
 
Xatırlada ki, Tramp 1798-ci il Xarici Düşmənlər Aktına əsaslanan və Venesuelada yerləşən “Tren de Araqua” transmilli cinayətkar qruplaşmasının üzvlərinin dərhal saxlanması, həbs edilməsi və Birləşmiş Ştatlardan çıxarılmasını nəzərdə tutan əmr imzalayıb. Lakin əmr tək qruplaşma üzvlərinə deyil, bütün miqrantlara şamil edilir. Bu isə bütün ABŞ ictimaiyyətində ciddi etirazlara səbəb olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər