Rusiya ABŞ-ni Yəməndə əməliyyatları dayandırmağa çağırdı
Dünya
186
12:36, Bu gün

Rusiya ABŞ-ni Yəməndə əməliyyatları dayandırmağa çağırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı təmasları davam etdirmək barədə razılığa gəliblər.
 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Telefon danışığı zamanı tərəflər Səudiyyə Ərəbistanında keçirilmiş son görüşlərin nəticələrini müzakirə ediblər, həmçinin ikitərəfli əlaqələrin bərpası üzrə işləri davam etdirməyə hazır olduqlarını bildiriblər.
 
M.Rubio, həmçinin S.Lavrovu Vaşinqtonun Qırmızı dəniz regionunda husi qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı haqqında məlumatlandırıb.
 
Rusiyalı nazir güc tətbiqinin dərhal dayandırılmasının zəruriliyini, həmçinin eskalasiyadan qaçınmaqdan ötrü siyasi dialoqa başlamağın bütün tərəflər üçün vacibliyini vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər