Tramp müharibəni BAŞLATDI: Bu ərazilər vurulur, ÖLƏNLƏR VAR
Dünya
529
09:09, Bu gün

Tramp müharibəni BAŞLATDI: Bu ərazilər vurulur, ÖLƏNLƏR VAR

ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərə qarşı hərbi əməliyyatlara başlamaq üçün əmr verib.
 
O, husilərin ABŞ gəmilərinə hücumlarını və bölgədəki dəniz ticarətinə mənfi təsirlərini əsas gətirərək, ABŞ ordusuna husilərə qarşı qətiyyətli və güclü hərbi əməliyyatlara başlamağı tapşırıb.
 
Tramp husilərə müraciət edərək deyib: “Vaxtınız bitdi, hücumlarınız bu gündən etibarən dayanmalıdır, əks halda, daha əvvəl heç görmədiyiniz şəkildə üzərinizə cəhənnəm yağacaq”.
 
O, həmçinin İranı husilərə verdiyi dəstəyi dərhal dayandırmağa çağırıb və ABŞ xalqını və prezidentini təhdid etməmələri barədə xəbərdarlıq edib.
 
Husilərə bağlı Əl-Məsirə televiziyasının məlumatına görə, Səda şəhərinin şimalına ABŞ və İngiltərə ordusu tərəfindən hava hücumu həyata keçirilib və bu hücum nəticəsində 15 mülki şəxs həyatını itirib.
 
Hücumlarda ölənlərin ümumi sayı 24-ə yüksəlib, ən azı 23 nəfər yaralanıb.
Link kopyalandı!
Son xəbərlər