Rusiyanın bu potensialı ABŞ-ın hökmranlığını pozur
Dünya
437
20:23, Bu gün

Rusiyanın bu potensialı ABŞ-ın hökmranlığını pozur

usiyanın hərbi-dəniz potensialını sürətlə artırması ABŞ Hərbi Dəniz Qüvvələri üçün ciddi problem yaradır.
 
Axar.az xəbər verir ki, bu barədə “19FortyFive” nəşri məlumat yayıb.
 
Məlumata görə, Rusiyanın müasir sualtı vasitələr əleyhinə sistemləri və "Zirkon" hipersəs raketləri mövcud ABŞ müdafiə sistemi üçün təhlükədir və ABŞ-ın dənizdəki əvvəlki hökmranlığını pozur.
 
Məqalə müəllifləri xüsusilə P-800 “Oniks” (SS-N-26 Strobile) səsdən sürətli qanadlı raketini vurğulayırlar. Bu raket 600 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir. O, gəmilərdən, sualtı qayıqlardan və sahil qurğularından buraxıla bilir və müasir hava hücumundan müdafiə sistemlərini dəf etmək üçün nəzərdə tutulub. “Oniks” həm adi, həm də nüvə döyüş başlıqları daşıya bilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər