Bizi sosial şəbəkələrdən izləyin:
Suriyanın qərbində gedən toqquşmalarda həlak olan mülki şəxslərin sayı 1 500 nəfərə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Suriyanın "Sham FM" telekanalı məlumat verib.
Məlumata görə, Suriyanın keçid hökumətinin qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları arasında Latakiya, Tartus, Həma və Homs əyalətlərində gedən döyüşlər nəticəsində azı 1 500 dinc sakin həlak olub. Ən çox ölənlərin sayı Suriyanın şimal-qərbində, ən azı 745 mülki şəxsin həyatını itirdiyi Latakiya əyalətində qeydə alınıb.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə eks-prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Cebla şəhərində - Əsəd ailəsinin mənsub olduğu etnokonfessional azlıq nümayəndələri olan ələvilərin yaşadığı ərazidə baş verib.
Martın 9-da Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraanın Ofisi bildirib ki, dövlət başçısı ölkənin qərbində zorakılığın artmasına səbəb olan halların araşdırılması üçün müstəqil komitə yaradıb. Ertəsi gün ərəb respublikasının yeni hakimiyyət orqanlarının Müdafiə Nazirliyi Latakiya, Tartus, Həma və Homs əyalətlərində əməliyyatın başa çatdığını elan edib.
Həmçinin toqquşmalarda Suriyanın keçid hökumətinin azı 231 təhlükəsizlik işçisinin həlak olduğu da bildirilir.