Orban Macarıstandan Aİ-yə 12 tələb irəli sürdü
Dünya
587
15 Mar 2025 | 18:18

Orban Macarıstandan Aİ-yə 12 tələb irəli sürdü

"Macarıstan Avropa İttifaqı rəhbərliyindən Avropada sülhün bərqərar olunmasını tələb edir və Ukraynanın Aİ-yə tələsik qəbuluna etiraz edir".
 
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş nazir Viktor Orbanın milli bayram - 1848-ci il İnqilabı Günü münasibətilə özünün "X" hesabında dərc etdiyi "Brüsselə 12 tələb"də deyilir.
 
"Biz Avropada sülh tələb edirik. İttifaq, lakin Ukraynasız. Bərabərlik, azadlıq, qardaşlıq!" - hökumət başçısı yazıb.
 
O, həmçinin bildirib ki, Macarıstan Aİ liderlərinin birlik daxilindəki ayrı-ayrı ölkələrin səlahiyyətlərini məhdudlaşdırmaq və onları, xüsusilə də bütün birliyin konsensusla qəbul edilməli olan ən vacib siyasi qərarlarına veto hüququndan məhrum etmək cəhdlərinə etiraz edir.
 
Orban Brüssel və amerikalı macarəsilli maliyyəçi Corc Soros tərəfindən bütün dünyada sol liberal ideyaları təşviq etmək üçün yaradılmış fondların suveren dövlətlərin işlərinə müdaxiləsinin yolverilməzliyinə diqqət çəkib.
 
Bundan əlavə, Macarıstan Aİ-dən "Avropanın xristian irsini qorumağı" tələb edir ki, bu da Asiya və Afrikanın müsəlman ölkələrindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə deməkdir.
 
Ukrayna haqqında danışarkən o qeyd edib ki, Aİ liderləri bu ölkəyə kömək etmək istəmirlər, əksinə, onu müstəmləkələşdirməyə çalışırlar və bunun üçün onu Rusiya ilə müharibəni davam etdirməyə təhrik edirlər.
 
"Avropanın rəhbərləri qərara alıblar ki, Ukrayna nəyin bahasına olursa-olsun (Rusiyaya qarşı), müharibəni davam etdirməlidir, bunun müqabilində isə o, tezliklə Aİ üzvlüyünü əldə edəcək ki, bunun üçün də bizim hələ ödəməli olacağımız bir hesab var. Bizim buna yalnız bir cavabımız var - Avropa İttifaqı, lakin Ukraynasız", - deyə Macarıstan baş naziri bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər