Bu ölkənin nüvə hədəfləri ABŞ-ın siyahısında: Tramp hansı addımı atacaq?
Dünya
251
17:12, Bu gün

Bu ölkənin nüvə hədəfləri ABŞ-ın siyahısında: Tramp hansı addımı atacaq?

ABŞ Cənubi Koreyanı “həssas ölkələr” siyahısına əlavə edib. Qərarın Seulun mümkün nüvə silahı proqramına dair siqnallar verdiyi bir vaxtda qəbul edilməsi diqqət çəkib.
 
Publika.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi açıqlama yayıb.
 
Bu qərar Cənubi Koreya prezidentinin qısa müddət ərzində hərbi vəziyyət elan etməsindən və ölkənin nüvə silahı hazırlaması ehtimalını artırdıqdan sonra verilib.
 
Qeyd edilib ki, qərar yanvar ayında Bayden administrasiyası tərəfindən verilib və yeni prezident Donald Tramp tərəfindən geri götürülməyəcək.
 
Rəsmilər bu addımın Cənubi Koreya ilə elm və texnologiya sahəsində əməkdaşlığa yeni məhdudiyyətlər qoymadığını vurğulayıb.
 
Həssas ölkələr siyahısına edilən dəyişikliklərin aprelin 15-dən qüvvəyə minməsi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər