Rusiya-NATO sərhədi buradan keçəcək - Corc Buşun keçmiş müşaviri detalları açıqladı
Dünya
257
17:02, Bu gün

Rusiya-NATO sərhədi buradan keçəcək - Corc Buşun keçmiş müşaviri detalları açıqladı

Rusiya ilə NATO arasında sərhədin necə olacağı bəlli olub.
 
Publika.az xəbər verir ki, bunu RBC-yə müsahibəsində ABŞ-ın sabiq prezidenti Corc Buşun müşaviri olmuş Tomas Qrem deyib.
 
“Rusiya ilə NATO arasında sərhədin nə olacağı bəlli oldu. Bu, Barents dənizindən Baltik dənizindən keçərək Qara dənizə çəkiləcək bir xətt olacaq”, - ekspert qeyd edib.
 
Onun fikrincə, həm Ukrayna münaqişəsinin həlli, həm də Avropa birliyi ilə bağlı daha geniş müzakirələr sayəsində alyansın genişlənmək istəyi azalacaq. Qrem əlavə edib ki, NATO-dan kənarda az sayda Avropa ölkəsi qalıb. O, bir sıra Balkan dövlətlərinin bloka daxil olacağını deyib, lakin vurğulayıb ki, Ukrayna demək olar ki, heç vaxt NATO-ya üzv olmayacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər