Bizi sosial şəbəkələrdən izləyin:
"Biz Azərbaycanın səhiyyə sektorunda gördüyü işlər barədə eşitdik. Bundan əvvəl isə Azərbaycanın süni intellekt sahəsindəki nailiyyətləri barədə məlumat aldıq. Azərbaycanın bu sahədə etdiyi işlər təqdirəlayiqdir".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı panel müzakirədə Qlobal Əməkdaşlıq Forumunun Prezidenti və CEO-su Amir Dossal deyib.
O bildirib ki, statistikalar olduqca narahatedicidir:
"Hazırda 700 milyon insan qidalanma çatışmazlığından əziyyət çəkir. Biz bunun qarşısının alınması məsələsini yetərincə müzakirə etmirik. Böhranlardan danışanda, əsasən, qısamüddətli çətinliklərə fokuslanırıq. COVID-19-a necə reaksiya verdik? Pandemiyaya necə cavab verdik? Düşünürəm ki, səhiyyənin milli mülkiyyətə çevrilməsi ilə biz bu məsələlərin qarşısının alınması imkanlarını daha da artırarıq".