İsrailin sabiq prezidenti:
Dünya
402
16:30, Bu gün

İsrailin sabiq prezidenti: "Xristianlar, müsəlmanlar eyni müalicəni almalıdırlar"

"Beynəlxalq əməkdaşlıq mütləqdir. İnfeksiyalar sərhəd tanımır".
 
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı panel müzakirədə İsrailin sabiq Prezidenti, Knessetin sabiq sədri (2006-2009-cu illərdə), Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya Itzik deyib.
 
O bildirib ki, viruslardan dərs çıxarmaq, tədqiqatları genişləndirmək mühüm əhəmiyyət kəsb edir:
 
"İsraildə fövqəladə hallar tez-tez olur. Ona görə də çevik sistemlər qurmuşuq. İsrail peyvəndləməni ilk həyata keçirən ölkə olub. İsraildə hər bir icmanın, məhəllənin öz klinikası var. Ölkədə yüzlərlə klinika fəaliyyət göstərir. Tibbi hallara sürətli reaksiya vermək üçün bu işlər aparılır".
 
"Klinik fəaliyyətlərin harmonizasiyası bizim üçün önəmlidir. Xristianlar, müsəlmanlar və digər inancın nümayəndələri eyni müalicəni almalıdırlar. Biz nə qədər çox əməkdaşlıq etsək, dünya üçün o qədər faydalı olarıq", - deyə o qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər