Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Başqırdıstan Respublikasında həkimlər gözünə mismar girən kişini xilas ediblər.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu respublikanın səhiyyə naziri Ayrat Raxmatullin bildirib.
Təmir zamanı mismar kişinin gözünə 90 dərəcə bucaq altında daxil olub və nəticədə ciddi zədə alıb. Həkimlər xəstəni oftalmoloji travma məntəqəsinə yönləndiriblər.
Həkimlər xarici cismi çıxarıb, göz almasının bütövlüyünü bərpa ediblər. Bir müddət sonra isə əməliyyat edərək göz büllurunu dəyişdiriblər. Vaxtında göstərilən cərrahi yardım sayəsində xəstənin gözü və görmə qabiliyyəti qorunub.