İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb
Dünya
408
14 Mar 2025 | 21:27

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran kəşfiyyatına məxfi məlumatlar ötürən beş şübhəli şəxs saxlanılıb.
 
Oxu.Az bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
 
Bildirilir ki, istintaq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat əməkdaşlarına məlumatların ötürülməsi faktı aşkar edildikdən sonra başlayıb.
 
Məlumata görə, bir qrup şəxs Türkiyədəki hərbi bazalar, strateji əhəmiyyətli obyektlər və kritik əhəmiyyətli nöqtələr haqqında məlumatların toplanması ilə məşğul olub. Bu məlumatlar daha sonra İran kəşfiyyat xidmətinin nümayəndələrinə ötürülüb.
 
Əməliyyat İstanbul, Antalya və Mersin daxil olmaqla üç vilayətdə keçirilib. Əvvəlcədən müəyyən edilmiş ünvanlara edilən reydlər nəticəsində beş şübhəli şəxs saxlanılıb.
 
Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri polis bölməsində davam edir.
Link kopyalandı!
Son xəbərlər