Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında əmin edib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlıdır və buna hər vəchlə kömək etməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Vladimir Putin bununla bağlı vurğulayıb ki, Rusiya Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını həmişə dəstəkləyib və dəstəkləməyə davam edəcək. Həm Ermənistan, həm də Azərbaycan bu məqsədlərə çatmaqda Rusiya tərəfinin hər hansı mümkün köməyinə həmişə ümid edə bilərlər.