Dünya
292
19:16, Bu gün

"Ukraynalılar sülh naminə ərazi güzəştlərinə hazırdırmı?" - sorğunun nəticələri

"Respondentlərin 39 faizi hesab edir ki, Ukrayna sülhə daha tez nail olmaq üçün bəzi ərazilərdən imtina edə bilər..."
 
Ukraynalıların yarısı düşünür ki, Ukrayna heç bir halda, hətta müharibənin uzanmasına səbəb olsa belə, öz ərazilərindən imtina etməməlidir.
 
Moderator.az xəbər verir ki, bunu 14 fevral-4 mart tarixlərində Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KMİS) tərəfindən keçirilmiş sorğunun nəticələri göstərib. Məlumatı "news.liga" nəşri yayıb.
 
"Belə ki, ukraynalıların 50 faizi hesab edir ki, heç bir halda, hətta bu, müharibənin daha uzun çəkməsinə gətirib çıxarsa belə, Ukrayna öz ərazilərindən imtina etməməlidir (2024-cü ilin dekabr ayında bu göstərici 51 faiz olub).
 
Bununla yanaşı, xatırlatmaq lazımdır ki, bu sorğu 14 fevral- 4 mart 2025-ci il tarixlərində, məhz Ukrayna ilə ABŞ arasındakı münasibətlərin kəskinləşməsi və Ukraynaya artan təzyiqlərin fonunda keçirilib", - məlumatda bildirilir.
 
Eyni zamanda, azlıq təşkil edən respondentlər (39 faiz) hesab edir ki, Ukrayna sülhə daha tez nail olmaq üçün bəzi ərazilərdən imtina edə bilər (2024-cü ilin dekabr ayında bu rəqəm 38 faiz olub). Respondentlərin qalan 11 faiz isə mövqeyini müəyyən edə bilməyib.
 
Sorğunun Ukraynanın nəzarətində olan ərazilərdə yaşayan 18 yaş və daha yuxarı şəxslər arasında aparıldığı qeyd olunub. Seçməyə müvəqqəti olaraq Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərdə yaşayanlar daxil edilməyib (bununla belə, bəzi respondentlər məcburi köçkünlər olub, yəni işğal olunmuş ərazilərdən köçənlər). Həmçinin, 24 fevral 2022-ci ildən sonra xaricə köçən Ukrayna vətəndaşları arasında sorğu keçirilməyib.
 
Ukraynalılar arasında digər sorğular
 
Bundan öncə ukraynalılar Rusiyanın müharibədəki əsas məqsədini açıqlayıb. Əksəriyyət hesab edir ki, Rusiya Federasiyasının hazırkı məqsədi Ukraynanı dövlət və xalq olaraq məhv etməkdir.
 
Bundan əlavə, başqa bir sorğu göstərib ki, Rusiyayla birbaşa danışıqları dəstəkləyən ukraynalıların sayı sürətlə artır. Xüsusilə, respondentlərin 64 faizi bu addımı dəstəkləyir.
 
Bununla belə, ukraynalıların 91faizi ABŞ və Rusiyanın Ukraynanın iştirakı olmadan müharibəni dayandırmaq üçün apardığı danışıqları qəti şəkildə rədd edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər