Dünya
264
18:51, Bu gün

"COP29-da Azərbaycanın bir sıra şirkətləri müzakirələrin fəal iştirakçılarından olub" - Boris Conson

"Bakıda keçirilən COP29 zamanı Azərbaycanın bir sıra şirkətləri aparılan müzakirələrin fəal iştirakçılarından olub və bu, mühüm nailiyyətdir".
 
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının sabiq baş naziri (2019-22) Boris Conson videomüraciətində deyib.
 
O, çıxışı zamanı yeni alternativ enerji mənbələrinin yaradılmasının vacibliyini vurğulayaraq, bu təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini qeyd edib:
 
"Yeni enerji mənbələrinin tapılması bizi neft və neft məhsullarının qiymətlərindəki qeyri-sabitlikdən qoruyacaq. Hazırda çalışdığım şirkət sırf atmosferə atılan tullantıların azaldılması istiqamətində fəaliyyət göstərir. Əsas məqsədimiz həm ölkələrin, həm də hökumətlərin bu sahədə həyata keçirilən tədbirlərdən yararlanmasını təmin etməkdir. Biz əlimizdən gələni etmək istəyirik ki, metan qazını və emissiyanı azaldaq".
 
Boris Conson vurğulayıb ki, şirkətlər və təşkilatlar birgə səy göstərməli və bu istiqamətdə həll yolları tapmalıdırlar:
 
"Hər birimizin gələcək haqqında düşünmək öhdəliyi var. Biz hamımız daha yaxşı gələcək naminə çalışmalıyıq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər