KTMT Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır
Dünya
298
17:48, Bu gün

KTMT Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır və onun tezliklə imzalanmasına ümid edir".
 
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə təşkilatın katibliyi bəyanat yayıb.
 
"KTMT Katibliyi Azərbaycan və Ermənistanın danışıqların başa çatması, həmçinin iki ölkə arasında sülh haqqında dövlətlərarası sənədin mətninin razılaşdırılması barədə bəyanatlarını alqışlayır. Sənədin tezliklə imzalanmasına ümid edirik və onun həyata keçirilməsinin Cənubi Qafqazda - KTMT-nin məsuliyyət zonalarından birində sülh və sabitliyə etibarlı yol açacağına ümid edirik", - deyə məlumatda qeyd olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər