Bizi sosial şəbəkələrdən izləyin:
Brüssel Ukraynaya vəd verir ki, Rusiya ilə müharibəni davam etdirsə, Avropa Birliyinə (Aİ) daxil olmasını sürətləndirəcək.
Publika.az HVG portalına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Bu, bütün Avropa İttifaqını məhv edəcək. Bu, bizi məhv edəcək" deyən baş nazir vurğulayıb ki, Ukraynanın tələsik bloka daxil olması Avropa ölkələrinə düzəlməz iqtisadi ziyan vuracaq.
Orban qeyd edib ki, Şimali Makedoniya, Serbiya və Monteneqro Aİ-yə üzv olmağa Ukraynadan qat-qat yaxşı hazırdır.