Mirzoyan:
Dünya
601
14:22, Bu gün

Mirzoyan: "Müqavilə mətnində ermənilərlə azərbaycanlıların qarşılıqlı qayıtması barədə bənd yoxdur"

"Bakı və İrəvan arasında sülh müqaviləsi layihəsinin mətnində ermənilərin və azərbaycanlıların SSRİ-nin dağılmasından əvvəl yaşadıqları yerlərə qarşılıqlı qayıtması ilə bağlı bənd yoxdur".
 
Moderator.az-ın "Sputnik Ermənistan"a istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasında bildirib.
 
Onun sözlərinə görə, Ermənistan Azərbaycana sülh müqaviləsinin imzalanması vaxtını və yerini müəyyən etmək üçün tezliklə məsləhətləşmələrə başlamağı təklif edir.
 
Nazir qeyd edib ki, müqavilənin imzalanması özlüyündə iki ölkə arasındakı bütün problemləri həll etmir:
 
"Böyük və zəhmətli iş qarşıda durur və sülh müqaviləsi bu məsələni həll etməyə imkan verəcək mexanizmləri nəzərdə tutur".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər