Moskva sakinlərinə XƏBƏRDARLIQ - Martın 14-ü 9 ballıq…
Dünya
364
15:13, Bu gün

Moskva sakinlərinə XƏBƏRDARLIQ - Martın 14-ü 9 ballıq…

Moskvaya 9 ballıq fırtına yaxınlaşır. Belə ki, sabah gündüz saat ikidən güclü külək əsəcək, küləyin sürəti saniyədə 20-25 metrə çatacaq.

 
Eyni zamanda temperatur aşağı düşəcək, yolların buz bağlaması ehtimalı var.
 
BAKU.WS bu barədə "Veçernaya Moskva"ya müsahibəsində "Meteo" proqnoz mərkəzinin sinoptiki Aleksandr İlyin danışıb.
 
Hazırda küləyin sürəti saniyədə 20-25 metrə çatacaq ki, bu da Beaufort şkalası üzrə 9 bala bərabərdir. Belə bir külək evlərin damındakı kirəmitləri qoparır, ağacları əyir və iri budaqları qıra bilər. Həmçinin düzgün qorunmayan hər şey hərəkət edə bilər. Lakin Bakı vaxtıilə saat 20:00-dan sonra küləyin sürəti 9-14 metr/saniyədən çox olmayacaq", - deyə meteoroloq xəbərdarlıq edib.
 
Mütəxəssis qeyd edib ki, tufana baxmayaraq, sabah günortadan sonra hava hələ də +13-16 dərəcəyə qədər isinəcək və yalnız axşam saatlarında termometrlər aşağı enməyə başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər