Bizi sosial şəbəkələrdən izləyin:
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə ünvanladığı məktubu İslam Respublikasının xarici işlər naziri Abbas Ərakçiyə təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Nazirlik bildirib ki, Tehrandakı görüş zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar: “Ənvar Qarqaş ABŞ Prezidentinin məktubunu təqdim edib”.
Qeyd edək ki, ABŞ lideri hələ martın 7-də Xaməneiyə məktub ünvanladığını bildirmişdi.