Polşa prezidenti ABŞ-dən nüvə silahı istədi
Dünya
312
12:55, Bu gün

Polşa prezidenti ABŞ-dən nüvə silahı istədi

Polşa Prezidenti Andjey Duda ABŞ-ni Polşada nüvə silahı yerləşdirməyə çağırıb.
 
Moderator.az bu barədə "Financial Times"a istinadən xəbər verib.
 
Məlumatda qeyd olunur ki, Polşa lideri bu məsələni ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla müzakirə edib.
 
Andjey Duda vurğulayıb ki, NATO infrastrukturu şərqə doğru hərəkət etdirilməlidir.
 
"Mənim üçün bu, aydın məsələdir. Düşünürəm ki, nəinki artıq bunu həyata keçirməyin vaxtı çatıb, üstəlik, silahlar artıq burada olsaydı, daha təhlükəsiz vəziyyət olardı", - deyə Kit Kelloq vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər