Bəşər Əsədin tərəfdarları hərbi obyektə hücum edib
Dünya
777
10:09, Bu gün

Bəşər Əsədin tərəfdarları hərbi obyektə hücum edib

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin bir qrup tərəfdarı Latakiya əyalətində hərbi kazarmaya hücuma cəhd edib.
 
Bu barədə Suriyanın SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
 
Qeyd olunur ki, münaqişə hərbi obyektin girişində baş verib. Təhlükəsizlik qüvvələri hücumun qarşısını ala bilib, Əsədin dörd tərəfdarı saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər