Bizi sosial şəbəkələrdən izləyin:
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin bir qrup tərəfdarı Latakiya əyalətində hərbi kazarmaya hücuma cəhd edib.
Bu barədə Suriyanın SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, münaqişə hərbi obyektin girişində baş verib. Təhlükəsizlik qüvvələri hücumun qarşısını ala bilib, Əsədin dörd tərəfdarı saxlanılıb.