Ağ Ev Kanadaya xəbərdarlıq etdi
Dünya
474
16:42, Bu gün

Ağ Ev Kanadaya xəbərdarlıq etdi

Ağ Evin sözçüsü Karoline Leavitt Kanadaya xəbərdarlıq edib.
 
Publika.az xəbər verir ki, Leavitt mətbuat konfransında Kanadanın Ontario əyalətinin baş naziri Doq Fordun ABŞ ştatlarına verilən elektrik enerjisi planları ilə bağlı açıqlama verib.
 
"Kanada Birləşmiş Ştatlara və vətəndaşlarımıza elektrik enerjisini kəsməyi düşünsə, ciddi nəticələrlə üzləşəcək", - deyə o bildirib.
 
Leavitt prezident Donald Trampın ABŞ-ın elektrik enerjisində xarici ölkələrdən asılılığına son qoymaqda qərarlı olduğunu və Kanadanın ağıllı qərar verəcəyinə ümid etdiyini qeyd edib.
Link kopyalandı!
Son xəbərlər