Siyasətçi su tapançası aldığına görə 12 min manat cərimə olundu
Dünya
732
12 Mar 2025 | 16:00

Siyasətçi su tapançası aldığına görə 12 min manat cərimə olundu

İsveçrədə siyasətçi rəngli su tapançası aldığına görə cərimələnib.
 
Publika.az xəbər verir ki, bu barədə “Aargauer Zeitung” qəzeti yazıb.
 
Məlumata görə, Sürixin qərbində yerləşən Buxs qəsəbəsinin yerli şurasının üzvü Mark Caisli 2024-cü ilin avqustunda sözügedən tapançaları xaç övladlarına hədiyyə etmək üçün sifariş verib.
 
Səlahiyyətlilər su silahlarının ölkənin silah qanunlarını pozduğunu, rəngli olmasına baxmayaraq, görünüşünə görə həqiqi silahlarla səhv salına biləcəyini bildiriblər.
 
Bu səbəbdən Caisli 7 386 dollar (təxminən 12 min manat) cərimə olunub. O, qanun pozuntusu etdiyinin fərqində olmadığını və cəriməni ödədiyini bildirib.
Link kopyalandı!
Son xəbərlər