Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyana qarşı yeni ittiham irəli sürülüb.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğundan məlumat verilib.
İsakov prospektinə və "Yerablur" hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı ilə bağlı başlanmış cinayət işində Sarqsyana qarşı xüsusilə böyük miqyasda mənimsəmə (18 maddə üzrə), xüsusilə külli miqdarda çirkli pulların yuyulması (2 maddə üzrə) və şəriklik (3 maddə üzrə) ittihamları irəli sürülüb.
Ona qarşı qabaqlayıcı tədbir kimi ölkəni tərk etməməsi barədə yazılı öhdəlik seçilib.
Serj Sarqsyan həmçinin dövlət büdcəsindən yarım milyard drama yaxın pulun oğurlanmasını təşkil etməkdə ittiham olunur. Birinci instansiya məhkəməsi tərəfindən ona bəraət verilsə də, prokurorluq apellyasiya şikayəti verib.