Türk jurnalistlərin Paşinyanla müsahibəsi: “Pulu İrəvan ödəyib”
Dünya
764
12 Mar 2025 | 14:48

Türk jurnalistlərin Paşinyanla müsahibəsi: “Pulu İrəvan ödəyib”

Türkiyə mediasının nümayəndələri Ermənistan tərəfinin təşəbbüsü və Ermənistan dövlət büdcəsi hesabına baş nazir Nikol Paşinyanla müsahibə üçün İrəvana gəliblər.
 
Yenisabah.az xəbər verir ki, İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Tsarukyan bildirib.
 
O, Türkiyənin 10 KİV nümayəndəsinin Ermənistana gəldiyini bildirib:
 
“Bizim təşəbbüsümüz, məqsədimiz Ermənistanın regionda sabit sülhün bərqərar olması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində yanaşmalarını mümkün qədər birbaşa və ətraflı şəkildə geniş türk ictimaiyyətinə təqdim etməkdir”.
 
Təşəbbüsümüzün nə demək olduğu və müraciətin necə edildiyi ilə bağlı aydınlaşdırıcı suala belə cavab verib:
 
“Təşəbbüs İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzindən gəlib. Ən nüfuzlu media orqanlarını tapmağa çalışdıq, redaksiyalarla əlaqə saxladıq, onlar da müvafiq jurnalistləri göndərdilər. Səfər zamanı media nümayəndələri baş nazir, bir sıra digər rəsmi şəxslər, eləcə də ekspert birliyinin üzvləri ilə müsahibələr və müzakirələr aparıblar”.
 
"Dəvət olunanların hamısı İrəvana gəlib, yoxsa imtina olubmu" sualına Tsarukyan cavab verib ki, hamı gəlib:
 
“Türkiyə mediasının nümayəndələri Ermənistanın dövlət büdcəsi hesabına buraya gəliblər və üç gün burada qalacaqlar, sabah da gedəcəklər”.
 
Xatırladaq ki, ötən gün Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan Türkiyə mediasının nümayəndələri ilə görüşündən videogörüntülər yayıb.
Link kopyalandı!
Son xəbərlər