SEPAH-dan əməliyyat: bu kəndi mühasirəyə aldı
Dünya
771
12:51, Bu gün

SEPAH-dan əməliyyat: bu kəndi mühasirəyə aldı

Bu gün səhər saatlarından başlayaraq SEPAH Sistan və Bəlucistan əyalətinin Rask rayonunun Parud bölgəsində əməliyyata başlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə yerli bəluc mənbələr məlumat yayıb.
 
Bildirilib ki, 20 zirehli texnika və iki PUA-nın cəlb olunduğu əməliyyatda Kuhpiza kəndi mühasirəyə alınıb.
 
Əməliyyat Baqir Ağal, İmran Ağal və Hicaz Baranzehi adlı bəlucların həbsindən bir gün sonra başlayıb.
 
Qeyd edək ki, son həftə ərzində Sistan və Bəlucistan əyalətində 3 silahlı insident baş verib. Silahlı hücumlar nəticəsində 1 polis zabiti öldürülüb, biri yaralanıb, təhlükəsizlik zabitlərindən birinə qarşı silahlı hücum isə uğursuz olub.
 
Əyalətin polis idarəsi silahlı hücumçulara qarşı əməliyyat keçirildiyini və iki silahlı qruplaşmasının 9 üzvünün saxlanıldığını, çox sayda silah-sursatın götürüldüyü bildirib.
Link kopyalandı!
Son xəbərlər