Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün İranın müdafiə naziri Əziz Nəsirzadə Belarusa yollanıb.
Axar.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, nazir səfər çərçivəsində hərbi və hökumət rəsmiləri ilə görüşərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə danışıqlar aparacaq.
Məlumata görə, görüşlər zamanı müdafiə sahəsində əməkdaşlıq, hərbi-texniki mübadilələr və iki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi strategiyaları kimi mövzular nəzərdən keçiriləcək.