Narışkin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə telefon danışığı aparıb
Dünya
382
10:33, Bu gün

Narışkin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə telefon danışığı aparıb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Li Retkliff ilə telefon danışığı aparıb.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə SVR-in mətbuat xidməti məlumat yayıb.
 
İki xüsusi xidmət orqanının ümumi maraq doğuran sahələrdə qarşılıqlı fəaliyyəti və böhranlı vəziyyətlərin həlli məsələləri müzakirə edilib.
 
Tərəflər Moskva ilə Vaşinqton arasında qarşıdurmanı azaltmaq məqsədi ilə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.
Link kopyalandı!
Son xəbərlər