Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, dünən Pakistanda “Bəlucistan azadlıq ordusu” ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarında 450 nəfəri girov götürüb.
“Qafqazinfo”nun “Geo TV” telekanalına istinadən məlumatına görə, ölkənin təhlükəsizlik qüvvələri həmin sərnişinlərdən 155-ini azad edib.
Bildirilib ki, əməliyyat zamanı 30 ekstremist zərərsizləşdirilib. Hazırda digər sərnişinlərin azad edilməsi istiqamətində əməliyyat davam etdirilir.