İsrail rəsmən elan etdi: Suriyada işğal hazırlığı görülür
Dünya
1513
12 Mar 2025 | 09:17

İsrail rəsmən elan etdi: Suriyada işğal hazırlığı görülür

İsrail ordusunun işğal etdiyi Suriya ərazisi Cəbəl əl-Şeyxə səfər edən İsrailin müdafiə naziri İsrael Katz qalmaqallı açıqlamalar verib.
 
Publika.az xəbər verir ki, Katz bu barədə İsrailin dövlət televiziyası KAN-a danışıb.
 
O, İsrailin işğal etdiyi Suriya ərazilərinə diqqət çəkib:
 
"Biz burada qeyri-müəyyən müddətə qalırıq. Suriyada İsrailin təhlükəsizliyinə daha çox təhdidlər müəyyən edirik".
 
Katz İsrail ordusunun işğalı davam etdirmək üçün hazırlıq gördüyünü bildirib. O, Suriya ərazisinin dərinliklərində İsrail ordusunun iki postunun olduğunu etiraf edib.
 
Nazir həmçinin İsrail hava qüvvələrinin Suriyanın cənubunda silahlı ünsürlərin olmamasını təmin etmək üçün bölgədəki 40-a yaxın hədəfə hücum etdiyini iddia edib
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər