Türkiyə və İsrail İrana Qarşı: Suriyada Yeni Ssenari?
Dünya
1538
11 Mar 2025 | 14:12

Türkiyə və İsrail İrana Qarşı: Suriyada Yeni Ssenari?

Son günlər Suriyada Bəşər Əsədin tərəfdarlarının aktivliyinin şahidi oluruq. Bu qarşıdurma nəyə səbəb ola bilər? Həqiqətən bunun arxasında İran durur? 
Moderator.az –a danışan Yahudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə deyib ki, Suriyada siyasi vəziyyət olduqca mürəkkəbdir:
“Hazırda Bəşər Əsədin tərəfdarlarının aktivliyi müşahidə olunur, lakin bunun tam olaraq İranın təsiri altında baş verdiyini söyləmək doğru olmaz. Çünki  İranın Yaxın Şərqdə mövqeyi  olduqca zəifləyib. Suriyada  etnik qrupların -  ələvilərin, druzların daha çox aktivlik göstərdiyinin şahidi oluruq. Druzların və kürdlərin arxasında əsasən İsrail tərəfi dayanır. Son dövrlərdə İsrail də Suriyada daha çox mövqe qazanmağa çalışır.  Suriyada daha çox durzlar daha çox məşkunlaşıb. İsrail tərəfi də qeyd etmişdir ki, druzların təhlükəsizliyini təmin etməyə hazırıq. Rusiya ilə İran arasında bölgədə tam koordinasiyalı fəaliyyətin olduğunu söyləmək çətindir. Rusiya Suriyada olan hərbi bazadan çıxarsa, ABŞ  bu boşluğu özü doldura bilər. İsrailin zaman keçdikcə proseslərdə daha çox iştikak etdiyninin şahidi olacayıq. İsrail tərəfi Suriyada daha çox nüfuza sahib olmaq istəyir. İsrailin əsas məqsədi İranı bölgədə zəiflətmək və onun təsirini minimuma endirməkdir. Vəziyyət zaman keçdikcə dəyişir və İsrailin proseslərə daha aktiv şəkildə qoşulduğunu görmək mümkündür. Türkiyənin bu münaqişədə mövqeyi onun milli maraqları və bölgədəki resurslara çıxışı ilə müəyyən olunacaq. Türkiyə ehtiyatlı davranmalı, regional balansı qorumağa çalışmalıdır. Türkiyə və İsrail İrana qarşı birgə hərəkət edə bilərlər. Ona görə də Suriyada  Türkiyə əslində daha çox resurs xərcləməli olacaq”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər