Bizi sosial şəbəkələrdən izləyin:
Münxendə məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində tramvay relsdən çıxıb, avtobus ciddi zədələnib. Avtobusun sürücüsünün vəziyyəti ağırdır.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.