Bizi sosial şəbəkələrdən izləyin:
Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb.
Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.
Bildirilib ki, raket atışı Seul və Vaşinqtonun “Azadlıq qalxanı” kimi tanınan illik hərbi təlimləri bərpa etməsindən bir neçə saat sonra baş tutub.
Pxenyan təlimləri Koreya yarımadasında gərginliyi artıran “təhlükəli təxribat” adlandırıb.
Qeyd edək ki, “Azadlıq qalxanı” təlimlərinin 20 marta qədər davam edəcəyi vurğulanıb.