“Görüş üçün konkret tarix təyin olunmayıb”
Dünya
251
10 Mar 2025 | 21:02

“Görüş üçün konkret tarix təyin olunmayıb”

ABŞ dövlət katibi Marko Rubio ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşünün tarixinin hələ müəyyən edilmədiyini bildirib.
 
“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “Al Arabiya” telekanalı yayıb.
 
“Tramp və Putin arasında görüş üçün konkret tarix təyin olunmayıb”, - Rubio deyib.
 
Bundan əvvəl “CNN” ABŞ rəsmilərinin bu həftə Səudiyyə Ərəbistanında Rusiya nümayəndələri ilə görüş keçirəcəyini bildirmişdi.
 
Mənbə danışıqlarda konkret kimin iştirak edəcəyini dəqiqləşdirməyib.
Link kopyalandı!
Son xəbərlər