Suriyada dəhşət: Ölənlərin sayı mini keçdi
Dünya
873
10 Mar 2025 | 11:09

Suriyada dəhşət: Ölənlərin sayı mini keçdi

Latakiya və ətraf bölgələrdə baş verən son hadisələrdə ölənlərin sayı mini keçib. Məlumata əsasən, 700-dən çox insan yaxın məsafədən güllələnərək öldürülüb.
 
Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupunu məlumat verib.
 
Toqquşmalarda Əsədyönlü ünsürlərdən 148, Suriya hökumət qüvvələrindən isə 125 nəfər həyatını itirib. Hadisələrin gedişatında Ceblah rayonunda devrilmiş rejim ünsürlərinin həyata keçirdiyi hücum nəticəsində ən azı 11 təhlükəsizlik əməkdaşı həlak olub.
 
Hücumdan sonra Suriya ordusu bölgəyə ağır silahlar, tanklar və zirehli texnika göndərib. Əməliyyatlarda ən azı 50 təhlükəsizlik işçisi ölüb. Həmçinin, bölgədə mülki vətəndaşların hədəfə alındığına dair məlumatlar yayılıb.
 
Suriya Prezidenti Əhməd Şara hücumlarla bağlı açıqlama verərək, devrilmiş rejimin ünsürlərinin ekstremizmə səbəb ola biləcək təxribat yaratmaq istədiyini bildirib. O, ölkənin birlik və bərabərlik içində yenidən qurulması çağırışı edib.
Link kopyalandı!
Son xəbərlər