Ermənistan məzar yerləri barədə məlumat verməkdən boyun qaçırır – DTX rəisinin müavini
Dünya
278
10:40, Bu gün

Ermənistan məzar yerləri barədə məlumat verməkdən boyun qaçırır – DTX rəisinin müavini

Ermənistanın təcavüzü nəticəsində 900-dən artıq yaşayış məntəqəsi tamamilə dağıdılıb, milyard dollarla ölçülən ziyan vurulub, 10 min hektarlarla ərazi mina və partlamamış sursatlarla çirkləndirilib.
 
Bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini Şərafət Həsənov bu gün "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimat mərasimində çıxışı zamanı deyib.
 
O bildirib ki, 107 nəfər əsir götürüldükdən sonra işgəncələrlə öldürülüb:
 
"İtkin düşmüş şəxsrlərlə bağlı əsas məlumatlar Ermənistan tərəfindədir. Ermənistan məzar yerləri barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Səhra komandirlərinin əksəriyyəti sağdır və Ermənistanda yaşayırlar".
 
Şərafət Həsənov qeyd edib ki, 30 illik işğal dövründə ərazilər mina və partlamanış sursatlarla çirkləndirilib, 191 insident yaşanıb, 70 nəfər həlak olub, 314 nəfər yaralanıb.
Link kopyalandı!
Son xəbərlər