ABŞ-də uşaqlara 312 milyon dollarlıq kredit verilib
Dünya
328
08:34, Bu gün

ABŞ-də uşaqlara 312 milyon dollarlıq kredit verilib

ABŞ-də 2020-2021-ci illərdə Kiçik Biznes Administrasiyasının (SBA) uşaqlara 312 milyon dollar məbləğində kredit verdiyi məlum olub.
 
Bu barədə milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.
 
"Kiçik Biznes Administrasiyası, siyahıya alınmış yeganə sahibləri yaşı 11 və ondan aşağı olan borcalanlara 312 milyon dollar dəyərində 5 593 kredit verib", - yazıda qeyd olunub.
 
Departamentdə etiraf ediblər ki, belə bir yaşda borcalanların olmağı mümkün olsa da, lakin 5.5 min əməliyyatın hamısının bu kateqoriyaya aid olacağına şübhə ediblər. Bundan başqa, bəzi hallarda sənədlərdə yanlış adlar qeyd olunub. DOGE və SBA problemi həll etməyə çalışırlar.
 
Dörd gün əvvəl məlum olub ki, SBA 115 yaşdan yuxarı şəxslərə iki il ərzində cəmi 333 milyon dollar məbləğində kredit verib. Məsələn, 157 yaşında olduğu iddia edilən şəxs 36 min dollar kredit alıb.
Link kopyalandı!
Son xəbərlər