Dünya
914
09 Mar 2025 | 22:30

"ABŞ Yaxın Şərqdə "ağır artilleriyanı" işə salır"

"Tramp administrasiyası bütün girovların azad edilməsi, atəşkəsin uzadılması və uzunmüddətli sülh sazişinə nail olmaq istəyir..."
 
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff çərşənbə axşamı, martın 11-də axşam saatlarında Qətərin Doha şəhərində başlayacaq girovlarla bağlı danışıqlara və Qəzzada atəşkəs müzakirələrinə qoşulacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
 
Məlumatda deyilir ki, Uitkoff üçün bu, həm prezident Trampın dövründə ilk rəsmi danışıqlar, həm də İsrail və HƏMAS arasında bir həftə öncə başa çatan və 42 günlük atəşkəsi təmin edən razılaşmadan sonra ilk diplomatik təmas olacaq. O, Qətər və Misir vasitəçiləri, eləcə də İsrail və HƏMAS nümayəndələri ilə görüşlərə qatılacaq. Danışıqlar bazar ertəsi başlayacaq.
 
Hələlik Uitkoffun HƏMAS nümayəndələri ilə birbaşa görüşüb-görüşməyəcəyi bəlli deyil. Yüksək vəzifəli bir İsrail rəsmisinin sözlərinə görə, ABŞ xüsusi nümayəndəsi bütün tərəfləri bir araya gətirərək bir neçə gün intensiv müzakirələr aparmaq və razılığa gəlməyə çalışmaq istəyir.
 
Tramp administrasiyası bütün girovların azad edilməsinə, atəşkəsin müsəlmanların müqəddəs Ramazan ayı və yəhudilərin Pesax bayramı bitənədək uzadılmasına və mümkün uzunmüddətli sülh sazişinə nail olmaq istəyir.
 
Qəzzada girovlar: Son vəziyyət
 
HƏMAS hələ də 59 nəfəri girov saxlayır. İsrail Ordusu onların 35-nin öldüyünü təsdiqləyib. İsrail kəşfiyyatının qiymətləndirməsinə görə, 22 nəfər sağdır, daha 2 girovun taleyi isə bilinmir. Saxlanılanlar arasında 5 amerikalı, o cümlədən həyatda olguğu güman edilən  21 yaşlı Edan Aleksandr da var.
 
ABŞ və HƏMAS arasında birbaşa təmaslar
 
Bundan öncə məlum olub ki, ABŞ prezidentinin girovlarla bağlı xüsusi nümayəndəsi Adam Beler HƏMAS rəsmiləri ilə birbaşa danışıqlar aparır. Son görüş çərşənbə axşamı baş tutub.
 
Bu müzakirələr zamanı Beler Edan Aleksandrın azad edilməsi və dörd amerikalı girovun cəsədlərinin qaytarılmasını müzakirə edib. ABŞ bu addımı bütün girovların sərbəst buraxılması və uzunmüddətli atəşkəsə dair genişmiqyaslı sazişin başlanğıcı kimi görür.
 
İsrail və vasitəçilərin mövqeyi
 
İsrail hökuməti martın 10-da, bazar ertəsi danışıqları davam etdirmək üçün Qətərə xüsusi nümayəndələr göndərəcəyini açıqlayıb. Baş nazirin ofisinin bəyanatına görə, İsrail ABŞ-ın dəstəyi ilə Qətər və Misirin vasitəçiliyində aparılan danışıqlarda iştirak etməyə razılaşıb.
 
İsrail hökuməti bu qərarı baş nazirin hərbi-siyasi kabinet üzvləri, təhlükəsizlik müşavirləri və ekspertlərlə keçirdiyi iclasın nəticəsi olaraq qəbul edib. Bu qərar həm də ABŞ-ın HƏMAS-la birbaşa danışıqlar aparmasının İsraildə ciddi narahatlıq doğurması fonunda verilib.
Link kopyalandı!
Son xəbərlər