Dünya
965
09 Mar 2025 | 15:22

"ABŞ Avropada hərbi təlimlərdən imtina edir" - "Expressen"

"Donald Tramp ABŞ-ın NATO-da iştirak formatını dəyişmək ideyasını nəzərdən keçirir..."
 
ABŞ NATO-nun Avropada hərbi təlimlərinin planlaşdırılmasında iştirak etmək niyyətində deyil. Bu qərar 2025-ci ildə keçirilməsi planlaşdırılan təlimlərə şamil edilmir.
 
Moderator.az xəbər verir ki, bu barədə İsveçin "Expressen" nəşri öz mənbələrinə istinadən xəbər verir.
 
Məlumatda deyilir ki, ABŞ NATO-dakı müttəfiqlərini Avropada gələcək hərbi təlimlərin planlaşdırılmasında iştirakını dayandırmaq niyyəti barədə məlumatlandırıb.
 
Eyni zamanda, "Expressen" mənbələrinin məlumatına görə, bu qadağa 2025-ci ildə keçirilməsi planlaşdırılan təlimlərə aid deyil. "Burada söhbət hələ "layihələndirmə mərhələsində" olan, yəni uzaq perspektivə aid təlimlərdən gedir", -  mənbələrdən biri bildirib.
 
Əgər bu qərar qüvvədə qalsa, İsveç və digər NATO ölkələri təlimləri ya ABŞ-ın iştirakı olmadan, ya da yalnız azsaylı Amerika bölmələrinin iştirakı ilə planlaşdırmalı olacaq, nəşr qeyd edir. "Əgər təlim keçmirsinizsə, birlikdə döyüşmək məcburiyyətində qaldığınız zaman effektivlik şansınız azalır", - keçmiş polkovnik-leytenant Yoakim Paasikivi bildirib.
 
O, birgə təlimlərin iki əsas məqsədə xidmət etdiyini vurğulayıb: "Bir tərəfdən, siz real döyüş şəraitinə uyğun yerlərdə, adətən, qar, soyuq, rütubətli və çətin şəraitdə təlim keçirsiniz. Digər tərəfdən isə siz bir-birinizi daha yaxından tanıyırsınız ki, bu da az əhəmiyyətli deyil. Burada vahid metodlardan deyil, qarşılıqlı anlaşmadan söhbət gedir. Əgər təlim keçmirsinizsə, birgə döyüş zamanı effektivliyiniz azalır", - o,
əlavə edib.
 
ABŞ NATO-dan uzaqlaşır
 
Daha öncə mediada yayılan məlumatlara görə, Donald Tramp ABŞ-ın Alyansa iştirak formatını dəyişmək ideyasını nəzərdən keçirir. Buraya müttəfiqlərin müdafiəsinə dair öhdəliklərdən imtina da daxildir.
 
Belə ki, ABŞ NATO üzvü olan bir ölkənin müdafiəsini yalnız o halda təmin edə bilər ki, həmin ölkə müdafiə xərcləri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirsin.
 
Bundan əlavə, Tramp ABŞ-ın NATO daxilində hərbi təlimlərə yanaşmasını dəyişməyi də düşünür. Yeni siyasətə əsasən, Vaşinqton yalnız müdafiəyə müəyyən faiz həcmdə ÜDM-ni ayıran NATO üzvləri ilə hərbi təlimlərə üstünlük verə bilər.
Link kopyalandı!
Son xəbərlər