Bizi sosial şəbəkələrdən izləyin:
Almaniya Trampın satılan döyüş təyyarələrini metal qırıntısına çevirə biləcəyindən qorxur.
Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Almaniya ABŞ-dan 8 milyard avroya 35 ədəd F-35A qırıcısı almağı planlaşdırır. Bununla belə, Donald Trampın bu təyyarələri uzaqdan sıradan çıxara biləcəyi ilə bağlı narahatlıqlar artır. Təyyarə ABŞ-ın hər zaman onu söndürə biləcəyi “Kill Switch” adlanan qurğu ilə təchiz oluna bilər”, - nəşr bildirib.
Almaniyanın “Hensoldt” silah şirkətinin kommunikasiya bölməsinin rəhbəri Yoahim Şrantshover nəşrə açıqlamasında deyib ki, F-35-in “Kill Switch” sadəcə şayiə deyil. Bloklanma döyüş tapşırığını planlaşdırma sistemi vasitəsilə baş verə bilər, bu halda təyyarə sadəcə yerdə qalacaq.