Bizi sosial şəbəkələrdən izləyin:
Alimlərin apardığı son araşdırmaya görə, bir gecə yuxusuz qalmaq beyinə ağır avtomobil qəzası qədər zərər vura bilər. Sleep Foundation tərəfindən aparılan tədqiqat göstərib ki, yuxusuzluq neyronlara ciddi ziyan vurur və beynin fəaliyyətinə mənfi təsir göstərir.
Araşdırmaya əsasən, bir gecəlik yuxu itkisi beynin zədələnməsinə səbəb olan S100B adlı zülalın səviyyəsini artırır.
Musavat.com yazır ki, bu zülal neyronları məhv edərək beynin zəhərlənməsinə yol açır.
Əgər insan yalnız 4 saat yatarsa, bu təsirin avtomobil qəzasında baş verən baş zədələri və silkələnmələrlə müqayisə edilə biləcəyi bildirilir.
Alimlər uzunmüddətli yuxusuzluğun aşağıdakı fəsadlara səbəb olduğunu vurğulayırlar:
Beyin fəaliyyətinin zəifləməsi və yaddaş problemləri
Qavrama və qərarvermə qabiliyyətinin azalması
Sinir sisteminin pozulması və psixi problemlərin yaranması
Ürək-damar xəstəlikləri və metabolik problemlər
Mütəxəssislər gündə ən az 7-8 saat keyfiyyətli yuxunun beynin sağlam qalması üçün vacib olduğunu bildirirlər. Bu tədqiqat yuxunun təkcə yorğunluğu aradan qaldırmaq üçün deyil, həm də beynin funksionallığını qorumaq üçün həyati əhəmiyyət daşıdığını bir daha sübut edir.