Çin, Rusiya və İran ordusu bir amalla BİRLƏŞİR - ABŞ isə “öz başına güllə vurur”
Dünya
1414
09 Mar 2025 | 09:14

Çin, Rusiya və İran ordusu bir amalla BİRLƏŞİR - ABŞ isə “öz başına güllə vurur”

Çin, Rusiya və İranın hərbi dəniz qüvvələri martın birinci yarısında İranın Çabahar limanı yaxınlığındakı sularda birgə dəniz təlimləri keçirəcək.
 
Publika.az bu barədə Çin Müdafiə Nazirliyinə istinadla xəbər verir.
 
Əvvəllər “Expressen” nəşri mənbələrə istinadən yazıb ki, Birləşmiş Ştatlar hakimiyyəti müttəfiqlərini NATO-nun Avropada gələcək hərbi təlimlərinin planlaşdırılmasında iştirakını dayandırdıqları barədə məlumatlandırıb.
 
Nəşrin məlumatına görə, bu, 2025-ci ilə planlaşdırılan təlimlərə şamil edilmir. Xəbər müəllifi vurğulayıb ki, ABŞ Çinlə qarşılıqlı əlaqə məsələsinə üstünlük verərək, Avropada hərbi xərcləri azaltmaq və onu başqa məqsədlərə yönəltmək istəyir.
 
“Washington Post” Amerika rəsmilərinə istinadəla yazıb ki, ABŞ kəşfiyyat orqanlarında kütləvi ixtisarlar Çin, Rusiya, İran və potensial terror təhdidləri ilə bağlı məlumatların toplanmasını çətinləşdirəcək. Keçmiş yüksək rütbəli kəşfiyyat rəsmilərindən biri qərarın "ayağından deyil, başından vurulan güllə" olduğunu deyib.
Link kopyalandı!
Son xəbərlər