Bizi sosial şəbəkələrdən izləyin:
Gələn il Çin uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır.
Oxu.Az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri He Syaopen bildirib.
"Çinli elektrik avtomobil istehsalçısı "XPeng Motors" 2026-cı ilə qədər uçan avtomobilləri kütləvi istehsal etməyi planlaşdırır", - o qeyd edib.
Birinci mərhələdə "Land Aircraft Carrier" (LAC) avtomobili üçün uçan modulun yaradılması nəzərdə tutulur. İldə 10 min belə cihazın istehsalı planlaşdırılır. LAC 12 və 17 noyabr tarixlərində Çjuhay şəhərində "Airshow China" sərgisində nümayiş etdiriləcək və ilk uçuşunu həyata keçirəcək.