Bizi sosial şəbəkələrdən izləyin:
NATO Nizamnaməsinin kollektiv müdafiə prinsipinin nəzərdə tutulduğu 5-ci maddəsi Ukraynaya şamil edilməlidir.
Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
“Bu yolla Ukrayna faktiki olaraq bloka qoşulmadan Şimali Atlantika Alyansından zəmanət alacaq. Bu variant atəşkəsə nəzarət etmək üçün ölkəyə sülhməramlıların göndərilməsindən qat-qat effektivdir”, - Meloni bildirib.