"Starship" yenidən buraxılış zamanı partladı - VİDEO
Bizi sosial şəbəkələrdən izləyin:
Martın 7-də "SpaceX" şirkəti "Starship" ağır yük daşıyan sisteminin səkkizinci buraxılışını həyata keçirib. Lakin bu, əvvəlki uğursuz sınaqla eyni ssenari üzrə baş verib: "SpaceX" "Super Heavy" sürətləndiricisini uğurla endirməyi bacarsa da, kosmik gəmi idarəetməni itirib və bundan qısa müddət sonra partlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə universemagazine.com xəbər verib.
Bildirilir ki, "Starship" əvvəlki sınaqda olduğu kimi, təyin olunmuş trayektoriyaya çıxmağa onlarla saniyə qalmış bir neçə mühərrikini itirib. Görünən odur ki, bu, yanğın nəticəsində baş verib. Yanğın gəminin oriyentasiyasının pozulmasına və əlaqənin kəsilməsinə səbəb olub.
Sosial şəbəkələrdə gəminin partlamasını və onun qalıqlarının atmosferə daxil olmasını əks etdirən çoxsaylı videolar yayılıb.
Hazırda yeni qəzaya konkret hansı səbəbin yol açdığı bilinmir.