Cənubi Koreya prezidenti həbsdən azad edildi
1436
07 Mar 2025 | 10:15

Cənubi Koreya prezidenti həbsdən azad edildi

Cənubi Koreya Prezidenti Yun Sok Yol Məhkəmə qərarı ilə həbsdən azad edilib.
 
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
 
Məlumata görə, fevral ayında prezidentin müdafiəçiləri Seul Mərkəzi Məhkəməsində müvafiq vəsatət qaldırıb.
 
Xatırladaq ki, dekabrın 14-də Cənubi Koreya parlamenti Yun Sok Yola impiçment elan edib. Yol konstitusiya quruluşuna qarşı çıxmaqda ittiham edilib və yanvarın 15-də həbs olunub.
Link kopyalandı!
Son xəbərlər